Ermənistan prezidenti üç müşavirini işdən çıxarıb

5 Aprel 2018 19:00 (UTC+04:00)

Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub.APA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Ermənistan prezidenti Serj Sarkisyan Qaqik Gevorkyan, Matevos Aramyan və Feliks Pirumyanın müşavir postundan azad edilməsi haqqında fərman imzalayıb.