Goranboyda seçicilərlə növbəti görüş keçirildi - FOTOLAR

5 Aprel 2018 16:42 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri keçirilib. 

Təşkilatdan Movqe.az-a verilən məlumata görə, görüş rayonun Dəliməmmədli şəhər, Boluslu və Balakürd kəndlərinin seçiciləri ilə keçirilib. Görüşlərdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı ,Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, YAP-ın Mərkəzi Seçki qərargahının təşviqat qrupunun üzvü Ağalar Vəliyev də iştirak edib.

Görüşlərdə çıxış edən Ağalar Vəliyev ulu öndər Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlər, eləcə də Goranboy rayonunda aparılan quruculuq abadlıq işləri, qarşıdakı vəzifələr və hədəflər barədə məlumat verib. Millət vəkili Ağalar Vəliyev seçiciləri aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə çağırıb. Görüşlərdə Şahin Allahverdiyev, Ülkər Hünbətova, seçici Bəxtiyar Məmmədov, Ruhiyyə Həmidova Boluslu kənd sakini Zirəddin Məmmədov, Nəsimi Süleymanov da çıxış ediblər. Onlar, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezident İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildirdilər.

Zülfiyyə QULUYEVA