İstanbuldan gələn şəxsin çantasında "beşbarmaq" aşkarlanıb

7 Aprel 2018 15:34 (UTC+04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb.