Dəmir yolunda baş verən qəza nəticəsində 50 min litr təhlükəli maddə axıb

8 Aprel 2018 18:52 (UTC+04:00)

Finlandiyanın şərqində qatarın relsdən çıxması nəticəsində 50 min litr toksik maddə olan metilbutil efiri ətraf mühitə daxil olub.

Movqe.az-ın məlumatına görə, insident Myantyuxaryu bölgəsində qeydə alınıb.