Azərbaycan vətəndaşları Batumidəki baş konsulluqda da səs verirlər

11 Aprel 2018 10:22 (UTC+04:00)

Prezident seçkiləri ilə əlaqədar səsvermə Azərbaycanın Batumidəki baş konsulluğunda da vaxtında başlayıb.

Baş konsulluğun əməkdaşları, bu şəhərdə yaşayan, təhsil alan və işləyən Azərbaycan vətəndaşları prezident seçkiləri ilə əlaqədar baş konsulluqda yaradılmış məntəqədə səs verirlər.

Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun təşkil olunub.

AZƏRTAC