Romada səsvermə uğurla başa çatıb

12 Aprel 2018 00:58 (UTC+04:00)

Roma, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar Roma şəhərindəki səfirliyimizdə fəaliyyət göstərən 17 saylı Yasamal üçüncü seçki dairəsi 30 saylı məntəqəsində səsvermə uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, səsvermə İtaliya vaxtı ilə saat 8.00-dan 19.00-dək keçirilib. 
Səsvermə seçki qanunvericiliyi əsasında, eləcə də Mərkəzi Seçki Komissiyasının bütün tələb və təlimatlarına uyğun şəkildə təşkil olunub. Seçki prosesinə müdaxilə və yaxud digər qanun pozuntusu qeydə alınmayıb.