Vladimir Putin: Seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir

12 Aprel 2018 12:12 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

Movqe.az bu barədə Kremlin saytına istinadən məlumat verir.

Öz təbrikində Rusiya dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir, Azərbaycanın qarşısında dayanan aktual sosial-iqtisadi və xarici siyasi məsələlərin həllində xidmətlərinin tanınmasını ifadə edir.

Rusiya Prezidenti, İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üzrə səylərini yüksək qiymətləndirib və əminliyini ifadə edib ki, birgə səylərlə dövlətlər bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq fəaliyyətiniin inkişafını təmin edəcək ki, bu da Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verir.