KİV seçkini necə işıqlandırdı?

12 Aprel 2018 16:21 (UTC+04:00)

Mətbuat Şurası 11 aprel prezident seçkilərinin  Kütləvi İnformasiya Vasitələrində  işıqlandırılması ilə bağlı apardığı monitorinqin nəticələrini elan edib.  Movqe.az xəbər verir ki, hesabatda Konstitusiya qanunu,  Seçki Məcəlləsi, "KİV haqqında"  qanunları necə yerinə yetirmələri ilə bağlı statistika öz əksini tapıb. Telekanallarda  sırf namizədlərlə bağlı təbliğat xarakterli materiallar nəzərdən keçirilib. MŞ-nın sədri Əflatun Amaşov qeyd edib ki, bu müddət ərzində aparılan təhlillər göstərir ki,  KİV seçki ilə bağlı təqdimatlarında maraqlı olublar: " Heç bir namizədə etikadan kənar hərəkətə yol verilməyib. Bunu əvvəlki seçkilərlə müqayisədə böyük uğur kimi qiymətləndirmək lazımdır. KİV tərəfsizlik prinsipini qoruyublar. Gizli təşviqat halları nəzərəçarpacaq qədər gözə dəyməyib. Media sükut dövrünün tələblərinə sadiq qalıb. Təşviqat dövründə  1051 material yayımlanıb". 

O qeyd edib ki, Mətbuat Şurası prezident seçkiləri günü prosesdə yaxından iştirak edib: "Onlar müşahidəçi qismində seçkinin gedişini izləyiblər.Mətbuat Şurasının  qaynar xəttinə saat 8-dən axşam 7-yə kimi  bir dəfə zəng gəlib".