
Movqe.az xəbər verir
ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə
Bakıda və Abşeron yarımadasında
aprelin 28-də hava şəraitinin dəyişkən buludlu olacağı,
yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman
olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi
ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə
isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə aprelin 28-də hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək
çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi
yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə
isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti
təşkil edəcək.
Aprelin 28-29-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik
gözlənilmir. Əksər rayonlarda dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə
şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı
var.