Neftçalada qadın özünü öldürmək istədi

13 Aprel 2018 10:44 (UTC+04:00)

Neftçala sakini intihara cəhd edib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1965-ci il təvəllüdlü İbrahimova Mədinə Ağamməd qızı sirkə turşusu içərək özünü öldürmək istəyib.

O, daxili orqanların kimyəvi yanıq diaqnozu ilə Salyan rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.