Vaqif Məmişov Prezident İlham Əliyevi təbrik edib

13 Aprel 2018 15:37 (UTC+04:00)

Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram".