Üç erməni Azərbaycanla sərhəddə minaya düşdü

13 Aprel 2018 16:10 (UTC+04:00)

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində 3 nəfər minaya düşüb.

Movqe.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, hadisə dünən 15:50 radələrində Ayqepar kəndində baş verib.
Məlumata əsasən, kəndlilər göyərti yığarkən təsadüfən minaya düşüblər. 36 yaşlı Nver Ç, 32 yaşlı Astkix P və 37 yaşlı Aram D müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.