100 min nəfərə sosial yardım ediləcək
3 Aprel 2013 19:28 (UTC+04:00)
Bolqarıstanda
hökumət sosial qruplara
istiqamətli yardım paketini
təsdiqləyib. Movqe.Az-ın
məlumatına görə, 41 milyon leva
(20 milyon avro)
dəyərində olan ictimai
paketin 5 milyon
avroluq qismi analar,
fiziki maneəli uşaqlar
və enerji yardımları
üçün ayrılacaq. Qalan
15 milyon avro
isə təxminən 16
min işsizin məşğulluqla
təmin edilməsi üçün
xərclənəcək. Bir və
iki yaş arası
uşaqlara baxan analara
və maneəli uşaqlara
əlavə olaraq 25
avro, enerji yardımı
olaraq son dəfə
maliyyə şərtlərinə uyğun
gəlmədiyi üçün yardım ala
bilməyən şəxslər 33
avro dəstəklə təmin
ediləcək. Hökumət həmçinin
yalnız qışda fəaliyyətdə
olan yeməkxanaların bütün
il boyu kasıblara
isti yemək verməsini
qərarlaşdırıb. Hökumət, bu
yardım miqdarının yarısını
Hemus və Meriç
magistralları üçün nəzərdə
tutulan pullardan transfer
edəcək. Digər yarısı
isə Nazirliklərdən əldə
ediləcək.