Bakı metrosunda cibgir saxlanılıb

14 Aprel 2018 15:25 (UTC+04:00)

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, aprelin 13-də saat 18.30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb.