Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyi irəli sürülüb

14 Aprel 2018 16:01 (UTC+04:00)

Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb.

Movqe.az-ın məlumatına görə, bu barədə qərar partiyanın icra orqanı və şurasının iclasında qəbul olunub.

Məlumata görə, Sarkisyanın namizədliyi partiya sədrinin birinci müavini Karen Karapetyan tərəfindən irəli sürülüb.

Trend