Bakı sakini “Range Rover”lə oğlunu vuraraq öldürdü

18 Aprel 2018 13:15 (UTC+04:00)

Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Movqe.az report-a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi "Range Rover" markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.

Ayxan İsmayılov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.