Sürücülər bəzən cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşırlar. Problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır.
Sürücü cəriməni ödəmək üçün bankavə ya poçta yaxınlaşanda çətinliklə üz-üzə qalır. Çünki ordan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmirlər və sürücü məcbur olur ki, DYP-yə getsin və protokolu sistemə daxil etdirsin.
Ərşad Hüseynov (ekspert): “Əgər sürücünün elektron kabineti varsa, həmin prokotol o kabinetə 1 ay ərzində yerləşdirilməzsə, sürücü həmin inzibati qayda pozuntusuna görə, məsuliyyətdən azad olunur. 1 aylıq möhlət var”.
Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir.
Ərşad Hüseynov (ekspert): “İnternet vasitəsilə ödəmək mümkün olmalıdır. Bank və poçtlardakı ödəniş sistemləri ilə inteqrasiya yoxdur deyə, vətəndaşlar çətinlik çəkirlər. Sistemin qüsurudur”.
Digər problem isə sürücülərin qeydiyyat ünvanı ilə bağlıdır.