Azərbaycan nümayəndəsinin Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti seçilməsinə həsr olunmuş tədbir keçirilib

20 Aprel 2018 15:24 (UTC+04:00)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 60- a yaxın ölkəni birləşdirən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının-Global Healthcare Travel Council (GHTC )-nin  Antalyada keçirilən IV Bas Assambleyasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyevin bu qurumun prezidenti seçilməsinə həsr olunmuş tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, media nümayəndələrinin və turizm ictimaiyyətinin iştirak etdiyi tədbirdə çıxış edən Ruslan Quliyev rəhbərlik etdiyi təşkilat haqqında geniş məlumat verib. O, eyni zamanda Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi haqqında da danışıb. R. Quliyev qeyd edib ki, təşkilat yarandığı gündən dövlətin yürütdüyü turizm siyasətinu dəstəkləyir. Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün əzmlə çalışır:" Qeyd edim ki, seçimdə 22 ölkədən 48 nümayəndə iştirak edib. Beləliklə, nüfuzlu beynəlxalq təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib.
 Bu münasibətlə bu gün keçirilən tədbirdə məqsəd konfransda  seçkinin nəticələri, Azərbaycan sağlamlıq turizminin inkişafına verəcəyi töhfələr, eyni zamanda  Azərbaycan turizmin müasir vəziyyəti, uğur və problemləri, sağlamlıq turizmi sahəsində həyata keçirilməsi gözlənilən planlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  rəsmi dəstəyi ilə  2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal  Sağlamlıq Turizm Forumu haqqında geniş məlumat verməkdir".
R.Quliyev ölkənin turizm potensialının təbliğində medianın rolunun böyük olduğunu bildirdi. R. Quliyev Ümumdünya Sağlamlıq
Turizmi Təşkilatının Global Healthcare Travel Council (GHTC )-nin  Antalyada keçirilən IV Bas Assambleyasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri olaraq onun bu qurumun prezidenti seçilməsinin ölkədə sağlamlıq turizminin inkişafına dəstək verəcəyini söylədi:" Bu təşkilata üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin də dəstəyi böyükdür. Toplantının nəticələrinə görə, 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Formu Azərbaycanda keçiriləcək". 
Ruslan Quliyev sağlamlıq turizminin ölkəmizə ilin 365 günündə turist cəlb etmək imkanı verdiyini, eləcə də turistlərin ölkəmizdə uzun müddət qalmasına xidmət edəcəyini söylədi. Tədbirdə qonaqlar da çıxış edərək ölkəmizin sağlamlıq turizm potensialından söz açıblar.