Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

21 Aprel 2018 17:42 (UTC+04:00)

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Movqe.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Qeyd edək ki, Sahil Babayev bundan əvvəl iqtisadiyyat nazirinin müavini olub. Buna qədər isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.