Yerevanda polislə toqquşumalardan sonra 7 nəfər xəstəxanaya yerləşdirilib

22 Aprel 2018 17:40 (UTC+04:00)

Yerevanda polislə toqquşmalardan sonra 7 nəfər etirazçı xəstəxanaya yerləşdirilib.Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, aprelin 16-da xəsarət alan daha üç nəfər müalicə alır.

Xatırladaq ki, bu gün səhər müxalifət lideri Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.