Bu qidaları çox yeməyin - Sızanaq yaradır

12 May 2018 16:00 (UTC+04:00)

Sızanaq hər yaşda olan insanlarda yaranan dəri problemidir. Buna isə çox zaman qəbul etdiyimiz qidalar səbəb olur. Movqe.az ailem.az-a istinadən dəridə sızanaq yaradan qidalar barədə məlumat verir.

Süd, müəyyən miqdarda istifadə edildikdə heç bir ziyanı olmayan qida olsa da, çox qəbul edilməsi zərərdir. Bu zaman hormonlar üzərində meydana gələn dəyişimlər dəridə yağ vəziləri yaradır.

Sızanağa səbəb olan qidalar arasında tərkibində Omega-3 və Omega-6 yağı olan məhsullar da yer alır. Bura dəniz məhsulları, balıq yağı, kətan toxumu və sair daxildir.

 

Şokolad kimi yüksək şəkər tərkibli məhsullar də dəridə sızanaq yaranmasına səbəb olur.

Bədəninizdə mütəmadi olaraq sızanaqlar çıxırsa, azaltmanız lazım olan məhsullar arasında fındıq, fıstıq, günəbaxan tumu, badam kimi çərəzlər də var.