Bakı NEZ-də bitum qurğusunun istifadəyə veriləcəyi tarix açıqlandı

23 Aprel 2018 17:23 (UTC+04:00)

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda bitum qurğusunun 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi planlaşdırılır.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu "Downstream Xəzər və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya" 3-cü Beynəlxalq forumu zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müşaviri Teymur Əliyev deyib.

T.Əliyev qeyd edib ki, layihələndirmə mərhələləri və satınalmalar yekunlaşıb:

 

"Tikinti işləri 76 faiz başa çatıb".

Qeyd edək ki, daha əvvəl bitum qurğusunun bu ilin iyununda istifadəyə veriləcəyi gözlənilirdi. Layihənin dəyəri 50 milyon avroya yaxın qiymətləndirilir.