BMT-dən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə ÇAĞIRIŞ

24 Aprel 2018 10:48 (UTC+04:00)

BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini problemin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırır.

Movqe.az-ın məlumatına görə, bu barədə təşkilatın baş katibi Antoniu Quterreşin bəyanatında deyilir.

Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.