Saatlıda gənc oğlan bıçaqlanıb

24 Aprel 2018 16:39 (UTC+04:00)

Saatlı rayon sakini bıçaqlanıb.  “Report”un Aran bürosu xəbər verir ki, hadisə Araz çayı üzərindəki asma körpünün yaxınlığında bəndin üstündə baş verib. 
Belə ki, şəhərin Mirağa Ağayev küçəsində yaşayan, 1992-ci il təvəllüdlü Şamo Çərkəz oğlu Zeynalov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.