Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası Novruz Məmmədovunun baş nazir təyinatı ilə bağlı açıqlama yayıb. Movqe.az-a verilən açıqlamada deyilir :
- Azərbaycanın Baş naziri vəzifəsinə Novruz Məmmədovun təyinatı gözəl xəbər oldu.
Novruz Məmmədov Fransanın mühüm dostudur, fransız dili üzrə mütəxəssisdir və bununla yanaşı 2003-cü ildən bu yana Azərbaycan Dillər Universitetində leksikologiya və metedologiya kafedrasının müdiri vəzifəsini daşıyır. 1998-ci ildə Jak Şirak tərəfindən Şərəf Legionu Ordeni ilə təltif edilib. 1997-ci ildən bugünə qədər Prezident İlham Əliyevin sadiq tərəfdaşı, beynəlxalq münasibətlərinin nəzəri və praktiki bilicisi olan belə bir şəxsin təyinatı xüsusilə Azərbaycan və Fransa-Azərbaycan münasibətləri üçün müsbətdir.
Cənab Məmmədov tərəfindən də daim böyük diqqətlə izlənən Assosiasiyamız dərin hörmətlə ona səmimi təbriklərini bildirir və yeni vəzifəsində ona davamlı uğurlar arzu edir.
Jan-Fransua MANSEL
Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti
Parlementin Fəxri üzvü
Vitse-prezidentlər:
Jean-Pierre ALLALI
Hedva SER
Pierre THILLOY
İdarə Heyətinin üzvləri:
Jérôme BEGUIN
Guy CHEVALIER
Rachida DATI
Mirvari FATALIYEVA
Patrick GENDRAUD
Michel GOURINCHAS
Jean-Pierre GUINHUT
Robert HOSSEIN
Alain HOUPERT
Thierry MARIANI
Christian PONCELET
Jean PERRIN
Danielle ROUSSEAU
Benoît SADRY
Jean-Marie TETART
André VILLIERS