20 qat ölkə çempionuna ağır cəza

25 Aprel 2018 11:53 (UTC+04:00)

UEFA Yunanıstanın Panathinaikos klubunu avrokuboklardan uzaqlaşdırıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, sözügedən klub qarşıdakı 3 il ərzində avrokuboklara vəsiqə qazansa da, yarışlara buraxılmayacaq. Bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Buna yunanların UEFA maliyyə feyr pley qaydalarını pozması səbəb göstərilir. 

Qeyd edək ki, Panathinaikos 20 qat Yunanıstan çempionudur. Ötən mövsümün bürünc mükafatçısı hazırda ölkə çempionatında 7-ci yerdə gedir.