Hər gün bu qidadan yeməniz mütləqdir

26 Aprel 2018 22:30 (UTC+04:00)

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, yumurtanın insan orqanizminə böyük müsbət təsiri var.

Movqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, yumurta göz xəstəliklərinə və ümumiyyətlə görmənin yaxşılaşması üçün çox xeyirlidir.

Araşdırmaçı alim Ahmet Özkağnıcı bildirib ki, uşaqları kiçik yaşlarından yumurta ilə qidalandırmağın onların orqanizminə böyük xeyri olur: "Uşaq qidalarının içində yumurtanın olması mütləqdir. Yumurtanın tərkibində A,B və C vitaminləri var. A vitamini insanın gözünə çox xeyirlidir və o zəif görməni aradan qaldırır".

 

Mütəxəssis bildirib ki, hər yaşda olan insan gün ərzində azı bir yumurta yeməlidir.