Cənubi Koreya və KXDR liderləri arasında görüş başlayıb - YENİLƏNİB

27 Aprel 2018 06:00 (UTC+04:00)

Cənubi Koreya prezidenti Mun Çje İn və KXDR lideri Kim Çen In arasında görüş başlayıb. Cənubi Koreya-KXDR sammiti demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom sərhəd məntəqəsində keçirilir. Məlumata görə, Mun Çje İn və  Kim Çen In bir-birlərinin əllərini sıxıb, salamlaşıblar. Liderlər birgə şəkil çəkdirdikdən sonra danışıqlara başlayıblar.    

 

Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.

 

Sammitin yekunlarına dair birgə sənəd imzalanacaq. 

 

Qeyd edək ki, KXDR aprelin 21-də nüvə silahı və ballistik raketlərin sınaqlarına son qoyduğunu, habelə Phungeridəki nüvə poliqonunu bağladığını bəyan edib. Cənubi Koreya-KXDR sammitindən sonra ABŞ və Şimali Koreya liderlərinin görüşmə imkanı nəzərdən keçirilir.

 

***** 03.58

 

Cənubi Koreya prezidenti Mun Çje İn KXDR lideri Kim Çen Inla görüşə yollanıb. Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüş demilitarizasiya zonasının cənubunda yerləşən Phanmuncom yaşayış məntəqəsində baş tutacaq.   

 

KXDR lideri Kim Çen Inın da Phanmuncoma yola düşdüyü bildirilir.

 

Cənubi Koreya və KXDR rəhbərləri Şimal-Cənub münasibətlərinin yaxşılaşdırılması, sülh və birləşmənin perspektivlərinə dair məsələləri müzakirə edəcəklər.