“Microsoft” şirkəti 2017-2018-ci illər üzrə 9 aylıq gəlirlərini açıqlayıb.
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, maliyyə ilinin yekunlarına əsasən şirkətin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalaraq 7,698 mlrd. dollar, gəlirləri isə 13% artaraq 80,275 mlrd. dollar olub.
Bundan başqa, “Microsoft” şirkətinin maliyyə ilinin III rübündə xalis mənfəəti 35% artaraq 7,424 mlrd. dollar olub.
Qeyd edək ki, “Microsoft” şirkətində maliyyə ili iyulun 1-dən başlayır.