Sürüşmə zonaları nəzarətdədir
5 Aprel 2013 13:15 (UTC+04:00)
"Masazırda baş verən sürüşmə ilə əlaqədar nazirliyin geologiya
xidmətinin xüsusi ekspedisiyası mütəmadi işlər aparır, hər həftə
bülletenlər hazırlanır".
Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
Nazir bildirib ki, yalnız Masazırda deyil, ölkənin digər
bölgələrində texnogen və antropogen səbəblərdən baş verən sürüşmə
sahələri və təhlükəli ərazilər daima nəzarət altında
saxlanılır.Onun sözlərinə görə, Masazırda təpənin, yüksəkliyin
üstündə evlər yamaca qədər tikilib. ərazidə kanalizasiya sistemi
yoxdur: "Ərazidə vəziyyətin qarşısını ala biləcək tədbirlərin
görülməməsi istənilən yerdə, xüsusilə yamacların kənarında evlərin
tikilməsi belə hallara gətirib çıxarır. Bu da sürüşmələrin baş
verməsində antropogen faktları genişləndirir. Bunların qarşını
almaq üçün yerlərdə ev tikilən zaman mütləq ərazinin geoloji
ekspertizadan keçirilməsi vacibdir. Bu gələcəkdə belə halların baş
verməsinin səbəb olur".