Meksika Azərbaycanla ticarət dövriyyəsini üç dəfə artırmaq istəyir

27 Aprel 2018 15:36 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Meksikanın Ticarət Nümayəndəliyinin üzvlərinin Bakıya səfəri çərçivəsində baş tutan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.

Səfirin sözlərinə görə, 2015-2017-ci illər ərzində iki ölkə arasında ticarət dövriyyəsi 9,6 milyard dollar olub. Halbuki, 1993-2014-ci illər ərzində bu rəqəm 1, 2 milyon dollar təşkil edirdi.

 

Diplomat qeyd edib ki, Meksika malları Azərbaycana üçüncü ölkə vasitəsilə çatdırılır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 19,3 milyon dollar təşkil edib.