Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib

27 Aprel 2018 18:29 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri

Samir Nuriyev - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov - Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev - xalq rəssamı

Arif Məlikov - xalq artisti

Şəfiqə Məmmədova - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı - xalq yazıçısı

Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri.

2. "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 mart tarixli 854 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 475) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.