Ataxan Paşayev Prezidentin fəxri diplomu ilə təltif edilib

27 Aprel 2018 19:18 (UTC+04:00)

Prezident İlham Əliyev Ataxan Paşayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında arxiv işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ataxan Əvəz oğlu Paşayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.