Liverpool-da məşqçi istefası

30 Aprel 2018 12:15 (UTC+04:00)

Liverpool-un baş məşqçisi Yurqen Kloppun köməkçisi Jelko Buvaç istefa verib. Movqe.az goal.az-a istinadən xəbər verir ki, bosniyalı mütəxəsisin gedişi məşqçilər korpusunda yer alan həmkarları konfliktinə görədir. Aprelin 29-da komanda Buvaçın portunu tərk etdiyi barədə məlumatlandırılıb. O, son vaxtlar Liverpool-un taktiki məşqlərindən kənarda qalmışdı.

"Klopp və Buvaç arasında ciddi konflikt var. Jelko son vaxtlar ümumiyyətlə hər hansı rol oynamır. O, heyətin müəyyənləşdirlməsində də iştirak etmir" - "Daily Record" nəşri vəziyyətlə tanış şəxsin fikirlərini qeyd edib.