8-ci sinif şagirdi yoldan 5 min manat tapdı:Hamı ondan danışır

30 Aprel 2018 17:10 (UTC+04:00)

Tovuz rayonunun Əyyublu kəndində hər kəs Sahib İsgəndərov adına tam orta məktəbin 8-ci sinif şagirdi Abbasov İdris Faiq oğlunun nəcib hərəkətindən danışır.Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev isə sahibini taparaq pulu ona qaytarıb.