"Uşaqlar"ın dünyaya gətirdiyi uşaqlar - Statistika

1 May 2018 10:32 (UTC+04:00)

Ötən il 18 yaşadək qadınların dünyaya gətirdiyi 2421 nəfər Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydə alınıb. 

Movqe.az azvison.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, doğulmuş körpələr şəhər yerləri üzrə 740 nəfər, kənd yerləri üzrə isə 1681 nəfər təşkil edib.
Körpələrin 1690 nəfəri hər iki valideyn, 491 nəfəri ananın müraciətinə əsasən qeydə alınıb, digər 240 nəfər isə rəsmi nikahdan doğulanlardır.

Qeyd edək ki, 2016-ci ildə 18 yaşa qədər (15-17 yaş arasında ) qızlar tərəfindən 2809 körpə dünyaya gətirilib.