"Formula-1"ə görə Bakıya 94 min turist gəlib

1 May 2018 12:52 (UTC+04:00)

Bu il "Formula 1" üzrə Azərbaycan Qran-Prisini izləmək üçün 94 min tamaşaçı ölkəmizə səfər edib.
Movqe.az xəbər verir ki, bu barədə "Formula 1"-in “Twitter” hesabında məlumat yayılıb. Bildirilib ki, yarışı izləmək üçün Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb. Ötən il isə onların sayı 71451 nəfər olub.

Qeyd edək ki, bu il aprelin 27-29-da Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-Prisi keçirilib.