Rəşid Behbudova həsr edilən sənədli filmin təqdimatı olacaq

1 May 2018 14:55 (UTC+04:00)

Mayın 4-də Nizami Kino Mərkəzində Xalq Artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.

Movqe.az xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.

Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.