Bakıda məhəllələrdən birində güclü yanğın var

1 May 2018 14:09 (UTC+04:00)

Bakıda Azərbaycan Universitetinin yaxınlığındakı məhəllədə yanğın baş verib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan Ülviyyə Əli adlı xanım Twitter sosial şəbəkəsindəki profilində məlumat verərək video kadrlar paylaşıb.

Yanğının məhəllədəki həyət evlərindən birində və ya yaxınlıqdakı zibilxana baş verdiyi məlum deyil. Amma yanğının güclü olduğu və bu səbəbdən tüstüsünün çox qatı olduğu bilinir.

Hələlik yanğınla bağlı rəsmi məlumat verilməyib.