Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevə həsr olunur

1 May 2018 15:12 (UTC+04:00)

Mayın 1-dən 5-dək Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə silsilə tədbirlər - kitab sərgisi,mühazirə,ulu öndərin həyat və fəaliyyətindən bəhs edən test tapşırıqları əsasında müsabiqə keçiriləcəkdir.

”Dahi şəxsiyyət”,”Azərbaycan xalqının qurucusu”,”Heydər Əliyev fenomeni” mövzularında mühazirələr oxunacaqdır. Mühazirələri mərkəzin bələdçiləri Aybəniz Novruzova və Aygün Cahangirova dinləniləcək.
Eyni zamanda 3D kinozalda ümummilli liderin həyatından bəhs edən sənədli filmlər və videoçarxlar nümayiş etdiriləcəkdir. Tədbirlərdə rayon ümumtəhsil məktəblərinin 7,8,9-cu sinif şagirdləri iştirak edəcəkdir.
Həmin tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar şəhər 1 və 2 nömrəli tam orta məktəblərin şagirdləri Mərkəzin təşkilatçılığı ilə keçirilən ulu öndərin həyat və fəaliyyətindən bəhs edən test tapşırıqları əsasında müsabiqədə iştirak etdilıər.İlk öncə Şagirdlər ulu öndərin həyat yolunu əks etdirən eksponatlarla tanış oldular.Tədbirin sonunda 3D kinozalında “Heydər Əliyev –Müstəqil Azərbaycanın qurucusu” adlı videomaterial nümayiş olundu.
Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Çayqıraq, Sığdaş, Köhnə Alvadı kənd məktəblərinin müəllim və şagirdləri Masallı şəhər Heydər Əliyev Mərkəzinə ekskursiyaya gəlmişlər. Mərkəzin bələdçiləri  Aybəniz Novruzova və Aygün Cahangirova məktəblilərə ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi haqqında geniş məlumat veriblər.
                                             

 ƏLİHÜSEYN ŞÜKÜROV