Bakıda fərdi yaşayış evlərində başlanan yanğın söndürülüb

1 May 2018 15:53 (UTC+04:00)

Bakının Nəsimi rayonunda həyət evlərində baş verən yanğın söndürülüb.

Movqe.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə briqadası cəlb edilib və yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir-birinə bitişik olan bir neçə evə ziyan dəyib.

Qeyd edək ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evlərində qeydə alınan yanğının qısaqapanmadan baş verdiyi bildirilir.