Azərbaycanda demokratiyanın inkişafından narahat olan qüvvələr

2 May 2018 09:30 (UTC+04:00)

Avropalıların milli özündənrazılıq ambisiyasının müvcudluğu heç kimə sirr deyil. Hər şeyi iqtisadi yüksəliş müəyyənləşdirdiyi kimi, Avropa daxilində həyat şəraitinin yüksək olması insan xarakterinin belə cizgilərini daha güclü qabardır. Pisi odur ki, bu cür təbii proseslər süni şəkildə siyasətə qovuşdurulur və təzyiq vasitəsinə çevrilir. Bunun bariz nümunəsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdir. Uzun illərdir ki, bu qurumun Azərbaycan üzrə məruzəçiləri müəyyən dairələrdən aldıqları təlimatlara əsasən sərgilədikləri qərəzli mövqeləri ilə seçilirlər. Elə buna görə də  Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov özünün “Facebook” səhifəsində yazıb: “AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır”. Bu qeydlər bir neçə gün əvvəl, Azərbaycanda ilin əvvəlindən keçirilmiş mühüm beynəlxalq tədbirlərdən sonra yazılıb. Çünki, aprelin 26 dərc olunmuş AŞPA hesabatında heç bir çərçivəyə sığmayan fantast fikirlər yer alıb. 

Bir vaxtlar “kürü diplomatiyası” deyə dad döyən avropalı yetkililər heç bu kürünü “alanlar” haqda nə bir söz dedilər, nə də cinayət işi açdılar. Məsələ burasındadır ki, onların ittihamları ehtimallar üzərində qurulmuşdu. Çünki, ortada nə kürünü rüşvət verən vardı, nə də onu rüşvət şəklində alan. Amma başqa bir daha güclü ehtimal da vardı. Məsələn, Avropada balığın qara kürüsünün qiyməti 1400 avrodur. Bakının ixtisaslaşdırılmış balıq mağazasında isə bundan ucuzdur. Bəyəm, Azərbaycana təşrif buyuran hər hansı bir şəxsin, deyək ki, turistin, yaxud rəsmi adamın bu məhsuldan öz pulu ilə alıb aparmaq hüququ yoxdurmu? Əgər varsa, soruşmaq lazımdır ki, sizin işiniz-gücünüz yoxdur və ya başqalarının həyatına niyə qarışırsınız? Yox, əgər yoxdursa, yenə soruşmaq lazımdır ki, bu nə demokratiya, nə azadlıqdır və bu vəziyyətinizdə başqalarına demokratiyadan nə leksiya oxuyursunuz?
Ümumiyyətlə, ictimai təşkilat olan AŞ PA siyasətçiləri digər xalqların milli xüsusiyyətlərini görmür və görsələr də başa düşmürlər. Onlar başa düşmürlər ki, azərbaycanlı evinə gələn qonağına son tikəsini verməklə ac qalmağı özü üçün şərəf bilir. Bu, bütün dünyanın fəxrlə misal çəkdiyi, qibtə etdiyi və nümunə bildiyi Azərbaycan tolerantlığının bir ştrixidir. Amma çox təəssüf ki, bunu anlamayanlar çirkin siyasi məqsədlər naminə yüksək humanizmi korrupsiya faktı kimi təqdim etməyi özlərinə rəva bilirlər. İstər rəsmi, istərsə də qeyri-rəsmi, Azərbaycana gələn hər bir qonağı biz bütün pul vəsaitimizi xərcləməklə qarşılamağı özümüzə borc bilirik. Ən yaxşı otel, imkan daxilində səhər kürü, günorta kabab, axşam plov kimi baha başa gələn yeməkləri qonağa yedirtmək bizə mənəvi rahatlıq və ləyaqətlilik gətirir. Bu dəyərləri görmək və anlamaq gərəkdir.    
Ötənilki hesabatda qeyd edilmişdi ki, Azərbaycan hökuməti ilə əməkdaşlıqda böyük irəliləyişlər əldə edilib. Çox gözəl” Bəs, nə baş verib ki, indi yenidən Azərbaycanın əleyhdarları baş qaldırıb? Məsələ burasındadır ki, Azərbaycana dair səsləndirilən ittihamların müzakirəsi zamanı elə Avropanın özündən olan Azad Demokratlar Grupundan Sergio Divina Azərbaycanı çox tənqid etməməyə çağııb: “Hər kəs öz qaydalarına uyğun olan hökumət seçir, bu səbəbdən qüvvələr ayrılığının tənqidi yersizdir, çünki Azərbaycanın mədəniyyətini nəzərə almaq lazımdır. Azərbaycan xalqı böyük çoxluqla prezidentin səlahiyyətlərini artırmağa qərar verib, bu səbəbdən Azərbaycana qarşı hər hansı bir sanksiya və ya cəza olmamalıdır». Avropa Xalqları Partiyasının nümayəndəsi də bildirib ki, demokratiyalar yetişməlidir. 
Builki 26 aprel hesabatı haqda bəzi deputatlar Azərbaycana qarşı əsassız ittihamların AŞPA-nın nüfuzuna və işinə zərər vurduğunu deyir. Bunlar havadarlıq müsajı deyil. Həqiqətən avropalıları gösdən salan öz hərəkətləridir. Məsələn, keçmiş hesabatlarda korrupsiyadan danışan məruzəçilər sonradan “rəşvət” aldıqları iddia edilə avropalı deputatlar barəsində hansı ölçü götürülüb və ya nə üçün hüquq-mühafizə orqanları bu işlə məşğul olmayıb. Bunlar baş verməyibsə, demək, hesabat başdan ayağa böhtandır. Sonuncu hesabat da bu xislətdən kənar deyil. 
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesabatı etirazla qarşılayıb: “Biz bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Nəyə görə ancaq Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serj Sarkisyanı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı”. Bu faktdır, amma AŞ PA bir dəfə də olsun Sarkisyanın korrupsiyalaşmış hakimiyyətindən bir kəlmə də yazmayıb. Məsələyə məntiqi düşüncə sarıdan yanaşanda iddia etmək olar ki, bu susqunluğun müqabilində avropalı deputatlar ermənilərdən yaxşıca “mükafat”  alıblar. Görəsən, belə bir iddia qarşısında avropalılar nə deyərlər?
AŞ PA-nın nə yazmasından asılı olmayaraq Azərbaycanda demokratik quruculuq davam edir və bu sahədə vəziyyət ildən-ilə yaxşılaşır. Korrupsiyaya qarşı mübarəzəyə ciddi siyasi iradə ortadadır. Bu, başlıca şərtdir və işlərin yaxşılığa doğru dəyişildiyi göz qabağındadır.
N.NOVRUZ