Nazir tapdığı pulu sahibinə qaytaran şagirdi təltif etdi

1 May 2018 17:29 (UTC+04:00)

İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib.

 

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.