Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının komitə iclasında iştirak edir

1 May 2018 18:00 (UTC+04:00)

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edir.

Azərbaycan XİN-dən Movqe.az-a verilən məlumata görə, konfrans 1-2 may tarixlərində keçirilir.

Qeyd edilir ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.