Sarkisyan Köçəryanla birlikdə Moskvaya gedib

2 May 2018 10:34 (UTC+04:00)

Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Köçəryan birlikdə Moskvaya gediblər.
Movqe.az azvison.az-a istinadən xəbər verir ki, eks-prezidentlər Ermənistanda baş verən son hadisələrlə bağlı Rusiyanın hakimiyyət dairələri ilə danışıqlar aparacaq, hakimiyyət böhranını həll etməyə çalışacaqlar.