Qaradağda iki avtomobil toqquşdu: yaralılar var

2 May 2018 10:55 (UTC+04:00)

Qaradağ rayonunda iki avtomobil toqquşub.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər - 1957-ci təvəllüdlü Qəribov Məhəmməd Qərib oğlu, 1988-ci il təvəllüdlü Heydərov Rəşad Rəşid oğlu, 1991-ci il təvəllüdlü Qafarova Günel Mahir qızı və 2001-ci il təvəllüdlü Qafarzadə Əli Mahir oğlu ağır xəsarət alıblar. 

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. 

Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.