Məzarlıqdan gələn səs hər kəsi TƏŞVİŞƏ SALDI: 4 gündür ağlayır - VİDEO - FOTO

2 May 2018 11:10 (UTC+04:00)

Türkiyənin Çorum rayonunda məzarlıqda 4 gündür ardıcıl ağlayan gənc qız məhəllə sakinlərinin diqqətini çəkib.
 
Movqe.az milli.az-a istinadən xəbər verir ki, bir qızın qəbiristanlığa gələrək bir məzarın başında ağladığı, səlahiyyətlilərin onu gördüyünü bildikdən sonra, ərazidən uzaqlaşdığı iddia edilir. Polis gənc qızın tapılması üçün axtarışa başlayıb.

Qəbiristanlıq səlahiyyətliləri qızın göründüyü məzarın üzərinə "Hər gecə ora gəlib niyə ağlayırsan, dərdin nədir? Kömək edək, bizə bir cavab yaz qoy" yazılmış bir məktub qoyublar.