Rəqsanənin qızı körpələr evindən gizli çəkiliş edib yaydı - Baş həkim həmin görüntülərdən danışdı - VİDEO - FOTO

1 May 2018 12:17 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür. Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb. O qeyd edib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb.  

Nəhayət Əliyeva

1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun Rəqsanənin qızıdır və bizim körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.

 

Baş həkimin sözlərinə görə, arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi. 

''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görsənən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızın məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harda işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?'' - N.Əliyeva əlavə etdi.