"Facebook" sosial şəbəkəsində tanışlıq xidməti yaradılacaq.
Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Mark Zukerberq məlumat verib. Mark bildirib ki, bundan sonra istifadəçilər sırf tanışlıq üçün profil yarada biləcəklər, bu profil onların dostları tərəfindən görünməyəcək.
Zukerberq qeyd edib ki, xidmət istifadəçinin maraqları və üstünlüklərini nəzərə alaraq tanışlıq üçün məsləhətlər görəcək.