Bakıda müxtəlif evlərdən oğurluq edən şəxslər saxlanılıb

2 May 2018 13:19 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, mayın 1-də Xətai rayonunun Gəncə prospektindəki tikintisi başa çatmamış evlərin birindən 36 ədəd plastmas borunu oğurlamağa cəhd göstərən şəxs 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Sənan Məmmədov olduğu müəyyən edilib. Saxlanılan şəxsin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, S.Məmmədovun rayon ərazisindəki avtomobillərin təmiri sexlərinin birindən 2 ədəd disk və təkər, 2 evdən elektrik naqili, məişət əşyaları və pul oğurladığı da müəyyən edilib.

35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə rayon ərazisində 11 evdən və 1 kafedən su mühərriki, kombi aparatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Taleh Rəsulov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.